Şəmkirdə ildırım vurduğu deyilən kişinin ürəktutması nəticəsində öldüyü məlum olub – YENİLƏNİB

Şəmkirdə ildırım vurduğu deyilən kişinin ürəktutması nəticəsində öldüyü məlum olub.

Şəmkir rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından “Report”un Qərb bürosuna bildirilib ki, meyitdə hansısa iz aşkarlanmayıb.

Belə ki, 1969-cu il təvəllüdlü Faiq Bağırovun ölüm səbəbi ürəktutması olub.