Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana rəsmi səfərə gəldi

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer aprelin 1-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Almaniya Prezidentini Frank-Valter Ştaynmayeri hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *