ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun bir sıra ölkələrə tətbiq etdiyi rüsumların həcmini açıqlayıb.
Bu barədə Median.Az RBK-ya istinadla xəbər verir.
Onun sözlərinə görə, ABŞ tariflərinin həcmi digər ölkələrin xarici mallara münasibətdə təyin etdikləri rüsumlardan ikiqat az olacaq.
Ağ Evin rəhbəri çıxışı zamanı tariflərin olduğu cədvəli təqdim edib:
Çin – 34%;
Avropa İttifaqı – 20%;
Vyetnam – 46%;
Tayvan – 32%;
Yaponiya – 24%;
Cənubi Koreya – 25%;
Tailand – 36%;
İsveçrə – 31%;
İndoneziya – 32%;
Malayziya – 24%;
Kamboca – 49%;
Böyük Britaniya – 10%;
Cənubi Afrika Respublikası – 30%;
Braziliya – 10%;
Banqladeş – 34%;
Sinqapur – 10%;
İsrail – 17%;
Filippin – 17%;
Çili – 10%;
Pakistan – 29%;
Şri-Lanka – 44%;
Qazaxıstan – 27%;
Serbiya – 37%;
Madaqaskar – 47%;
Myanma – 44%.
D.Tramp keçmiş SSRİ ölkələri üçün müxtəlif rüsum dərəcələri tətbiq edib:
Moldova – 31%
Qazaxıstan – 27%;
Ermənistan – 10%;
Azərbaycan – 10%;
Gürcüstan – 10%;
Özbəkistan – 10%;
Türkmənistan – 10%;
Qırğızıstan – 10%;
Tacikistan – 10%;
Siyahıda Rusiyanın adı yoxdur.
“Bundan əlavə, ABŞ iqtisadiyyatımızın bərpasına və fırıldaqçılığın qarşısının alınmasına kömək etmək məqsədilə digər ölkələr üçün 10 faiz həcmində minimal baza tarifi tətbiq edəcək”, – deyə D.Tramp əlavə edib.


Leave a Reply