Bakıda 27 yaşlı oğlanı qətlə yetirməkdə şübhəli bilinən xalası oğlunun yeri müəyyən edilərək tutulub

Bakıda 27 yaşlı kişini qətlə yetirib qaçmaqda şübhəli bilinən şəxs tutulub.

Median.Az “Report”a istinadən xəbər verir ki, aprelin 7-də Qaradağ rayonu, Sahil qəsəbəsində 1998-ci il təvəllüdlü Nail İltifat oğlu Həsənovu qətlə yetirməkdə təqsirləndirilən xalası oğlu, 1986-cı il təvəllüdlü Hüseyn Əvəz oğlu Şirinovun yeri müəyyən edilib. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində artıq hadisəni törədən şəxs saxlanılaraq istintaqa təqdim edilib.

Hazırda Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *