Rusiya iki rumıniyalı diplomatı ölkədən qovub

Rusiya Rumıniyadakı rusiyalı diplomatların “arzuolunmaz şəxs” (persona non-qrata) elan edilməsinə cavab olaraq iki rumıniyalı diplomatı ölkədən çıxarıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rumıniyanın Rusiyadakı müvəqqəti işlər vəkili nazirliyə çağırılıb.

Xatırladaq ki, martın 5-də Rumıniya Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki müvəqqəti işlər vəkili Yelena Kopninanı çağırıb və məlumat verib ki, ölkə hakimiyyəti Rusiya hərbi attaşesini və onun köməkçisini “1961-ci il tarixli Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına uyğun gəlməyən fəaliyyətə görə” persona non-qrata elan edib.