Misirdə binanın uçması nəticəsində doqquz nəfər ölüb

Misirin mərkəzi hissəsində yerləşən Asyut əyalətində aprelin 9-da binanın çökməsi nəticəsində ölənlərin sayı doqquz nəfərə çatıb.

Bu barədə xarici KİV-lər məlumat yayıb.

Əyalətin Fövqəladə Halların Monitorinqi Mərkəzindən bildirilib ki, ölənlərdən səkkiz nəfəri qadın olub.

Xilasetmə komandaları dağıntıları təmizləməyə və axtarışlara davam edirlər.

Məlumata görə, təhlükəsizlik məqsədilə dörd qonşu binanın sakinləri təxliyə edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *