Ronaldu müqaviləsini uzadacaq

40 yaşlı hücumçu Kriştianu Ronaldu “Ən-Nəsr” komandası ilə müqaviləsinin müddətini daha iki il uzadacaq.

Bu barədə “Sportitalia” məlumat yayıb.

Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı klubuna 2023-cü ilin qışında keçib.

Bu müddət ərzində forvard bütün yarışlarda 98 oyun keçirib, 88 qol vurub və 19 məhsuldar ötürmə edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *