Bakının mərkəzində avtomobildə meyit tapıldı

Dünən axşam saatlarında paytaxtın mərkəzində park halında olan avtomobildən meyit tapılıb.

Median.Az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə saat 19 radələrində Z.Yusufzadə küçəsi, 19-un qarşısında baş verib. “Avto Azərbaycan” MMC-yə məxsus KIA markalı 77-AC-218 dövlət qeydiyyat nişanlı avtomobildən kişi meyiti tapılıb.

Ölən şəxsin Bakı şəhər sakini. 1959-cu il təvəllüdlü B.Həmidov olması müəyyən edilib.

İlkin məlumata görə, sürücü avtomobildə infarkt keçirərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *