Azərbaycanda daha bir məhkum öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

Şəki Penitensiar müəssisəsində cəza çəkən məhkum Şəki rayon sakini 1960-cı il təvəllüdlü Vidadi Balıyev dünyasını dəyişib.

Onun kəskin ağciyər və ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilib. Xəstəxanaya yerləşdirilən məhkum, bu gün gecə saatlarında ölüb.

Qeyd edək ki, V.Balıyev 2017-ci ildə Şəkidə meşə ərazisində qaynını güllələyərək qətlə yetirdiyi üçün həbsdə olub.

Xatırladaq ki, bu, 2025-ci il ərzində həbsxanalarda qeydə alınan 12-ci ölüm hadisəsidir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *