“Vaqa” ləqəbli tiktoker Vüqar Zeynalovun həbs müddəti uzadılıb.

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Vaqa” ləqəbli tiktoker Vüqar Zeynalovun həbs müddəti uzadılıb.

Median.az-ın məlumatına görə, bu barədə qərar Bakı şəhər Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib. 
Belə ki, hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə tiktokerin həbs müddəti 1 ay uzadılıb.
Qeyd edək ki ötən ilin dekabrında saxlanılan “Vaqa” ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və o Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

Orxan Rasifoğlu

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *