Ukraynaya 900-dən çox hərbçinin, Rusiyaya isə 41 nəfərin meyiti qaytarılıb – YENİLƏNİB

Rusiya və Ukrayna hərbçilərin meyitlərinin mübadiləsini həyata keçirib. Rusiya tərəfinə 41 nəfərin meyiti qaytarılıb.

Median.Az-ın Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib.

Onun sözlərinə görə, tərəflər son dəfə martın 28-də meyitləri mübadilə ediblər. O zaman Rusiyaya 43, Ukraynaya isə 909 hərbçinin meyiti qaytarılıb.

* * * * *

Rusiya bu gün Ukraynaya 909 hərbçinin meyitini qaytarıb.

Median.Az-ın Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahının məlumatında bildirilib.

Onlar Baxmut, Sumı, Luqansk və digər cəbhə istiqamətlərində döyüşüblər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *