Həftəsonu vətəndaşların bank kartlarından 18 minə yaxın pul oğurlanıb

Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 17 min 804 manat və 60 dollar oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 19-da və 20-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsullarla 6 350, 3 000, 2 000, 1 015, 1 000, 990, 750, 600, 457, 300, 300, 300, 200, 165, 96, 90, 68, 50, 38, 35 manat və 60 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, – deyə məlumatda qeyd olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *