Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib – YENİLƏNİB

24.05.2025-ci il tarixində saat 18:20 radələrində 2001-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

APA xəbər verir ki, bu haqda TƏBİB-in açıqlamasında deyilir.

Dərman zəhərlənməsi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.