Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Şamaxı” ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura start veriləcək.

Açılış oyununda “Turan Tovuz” klubu “Şamaxı”nı qəbul edəcək.

Saat 19:00-da start götürəcək matçı FIFA referisi Kamal Umudlu idarə edəcək.

Azərbaycan Premyer Liqası, XXXII tur, 25 aprel

Saat 19:00. “Turan Tovuz” – “Şamaxı”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev;

VAR: Nicat İsmayıllı;

AVAR: Elşad Abdullayev;

Hakim-inspektor: Anar Salmanov;

AFFA nümayəndəsi: Mübariz Hüseynov;

Tovuz şəhər stadionu.

Qeyd edək ki, turun qalan oyunları 26-28 apreldə keçiriləcək.