Ermənistanda qazdoldurma məntəqəsində partlayış baş verib

Ermənistanın Qeqarkunik vilayətində, Sevan-İrəvan yolunun 3-cü kilometrliyində yerləşən qazdoldurma məntəqəsində partlayış baş verib.

Median.Az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verib.

İlkin araşdırma nəticəsində məlum olub ki, partlayış yanacaqdoldurma məntəqəsinin arxa hissəsində, kompressora gedən boruda sızma nəticəsində meydana gəlib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yaxınlıqda olan üç avtomobil, həmçinin yaxınlıqda quraşdırılmış bir neçə günəş panelinin zədələndiyi bildirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *