Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb

Şabran rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, hərəkətdə olan “VAZ-21015” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində Şabran rayonu Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər ölüblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *