Rusiya ordusu Donetsk vilayətində qəsəbə üzərində nəzarəti ələ keçirdi

Rusiyanın “Mərkəz” qoşun qruplaşmasının bölmələri Donetsk vilayətinin Kotlyarovka qəsəbəsini nəzarət altına alıb.

Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Donetsk vilayətinin Kotlyarovka yaşayış məntəqəsi “Mərkəz” qoşun qruplaşmasının bölmələrinin qətiyyətli hərəkətləri nəticəsində nəzarətə götürülüb”, – deyə nazirliyin bəyanatında bildirilib.