Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb

Sumqayıtda 67 yaşlı qadının meyiti aşkarlanıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 26-cı məhəlləsində qeydə alınıb.

1958-ci il təvəllüdlü Gülnarə Rzayevanın meyiti marketin yaxınlığında aşkar olunub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.