Bu gün keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI

Bu gün İspaniya La Liqasının XXXVI turu çərçivəsində daha üç oyun keçiriləcək.

“Alaves” klubu “Valensiya” ilə, “Vilyarreal” klubu “Leqanes” ilə, “Real Madrid” klubu isə “Mayorka” ilə üz-üzə gələcək.

Xatırladaq ki, dünən baş tutan turun ilk oyun günündə “Sevilya” klubu “Las Palmas”ı, “Selta Viqo” klubu “Real Sosyedad”ı, “Jirona” klubu isə “Valyadolid”i 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Real Madrid” bu gün xal itirəcəyi təqdirdə “Barselona” çempionluğunu elan edəcək.

14 may

İspaniya La Liqası

XXXVI tur

Saat 21:00, “Alaves” – “Valensiya”;

Saat 21:00, “Vilyarreal” – “Leqanes”;

Saat 23:40, “Real Madrid” – “Mayorka”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *