Bakıda ictimai nəqliyyatda ödəmə sistemindəki PROBLEM ARADAN QALXDI

“İctimai nəqliyyatda ödənişlə bağlı problem həll olunub”.

Bu barədə ərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov məlumat verib.

“K Group” MMC-nin operatoru olduğu sistemdə internet problemi səbəbindən metro və avtobuslarda bu gün saat 11:33-dən 12:15-dək onlayn ödəniş etmək mümkün olmayıb. Hazırda problem aradan qaldırılıb, sərnişinlər ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər”, – deyə T.Orucov bildirib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *