Elçin Quliyev generalı işdən çıxardı – Yeni təyinat (FOTO)

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının rəis əvəzi general-mayor Faiq Məmmədov vəzifəsindən azad olunub.

Median.Az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Məlumata görə, Faiq Məmmədov DSX Aparatında əvvəlki vəzifəsinə qaytarılsa da, sonradan təqaüdə göndərilib.

Qeyd edək ki, o, 2024-cü ilin oktyabrında DSX (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov vəzifəsindən azad edildikdən sonra bu vəzifəni icra edirdi.

Məlumata görə, Elçin Quliyevin digər əmri ilə general-mayor Ramin Bağırov DSX Akademiyasının rəisi təyin edilib.

Faiq Məmmədov
Ramin Bağırov

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *