Paytaxtın bir küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırıldı

Binəqədi rayonu, Zəngəzur küçəsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Vurğulanıb ki, bu səbəbdən Binəqədi şosesi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb:

“Bununla bağlı sürücülərin Nicat Mustafayev və Babadağ küçələrindən istifadə etmələri tövsiyə olunur”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *