Şavkat Mirziyoyev: “Türk dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır”

“Türk dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır”.

Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında danışıb.

Özbəkistan lideri bununla türk dövlətlərinin elm sahəsində daha da yaxınlaşacağını vurğulayıb.

O daha sonra Özbəkistanın ötən il Türk Mədəniyyəti və İrsi Fonduna üzvlük istiqamətində atdığı addıma da diqqət çəkərək qeyd edib ki, bu, mədəni münasibətlərin inkişafı baxımından ölkə üçün önəmlidir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *