İran XİN rəhbəri Tehran-Vaşinqton danışıqları üçün Romaya getdi

Bu gün səhər saatlarında İranın xarici işlər naziri Abbas Əraqçı Tehran-Vaşinqton danışıqlarının beşinci raundunda iştirak etmək üçün nümayəndə heyəti ilə birlikdə Romaya yollanıb.

“Azad İran” “Telegram” kanalı bu barədə İran KİV-ə istinadən xəbər verib.

Xatırladaq ki, tərəflər indiyə qədər Oman vasitəsilə dörd raund danışıqlar aparıblar.