Ermənistan “3+3” görüşünü qəbul etməyə hazır olduğunu açıqlayıb

Ermənistan XİN “3+3” formatında nazirlərin növbəti görüşünü qəbul etməyə hazır olduğunu açıqlayıb.

Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

“Ermənistan hələ 2024-cü il oktyabrın 18-də İstanbulda “3+3″ platformasının üçüncü görüşü zamanı nazirlərin növbəti görüşünü qəbul etməyə hazır olduğunu bəyan edib”, – deyə bəyanatda vurğulanıb.

Xatırladaq ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Cənubi Qafqaz məsələləri üzrə “3+3” formatında üçüncü görüşün hazırlıq mərhələsində olduğunu bildirib. Onun sözlərinə görə, Moskva növbəti iclasların Bakı və İrəvanda keçirilməsini təklif edir.