Bu gün UEFA Konfrans Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək

Bu gün UEFA Konfrans Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək.

Final görüşündə İspaniyanın “Betis” və İngiltərənin “Çelsi” klubları qarşılaşacaq.

Polşanın Vrotslav şəhərindəki eyniadlı stadionda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Konfrans Liqası

28 may

23:00. “Betis” – “Çelsi”