Cari mövsüm İran çempionatının qalibi olan Təbrizin “Traktor” klubu baş məşqçisi Draqan Skoçiçlə müqavilə müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı mütəxəssislə yeni müqavilənin müddəti 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, D.Skoçiç Təbriz klubunu 2024-cü ildən çalışdırır.
