“Milan”da baş məşqçi dəyişikliyi

Portuqaliyalı mütəxəssis Serjiu Konseysau “Milan” komandasının baş məşqçi vəzifəsindən azad edilib.

Median.Az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

50 yaşlı Konseysau 2024-cü il dekabrın 30-dan “Milan” təmsilçisinə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 31 matça çıxıb. Bu matçlarda 16 qələbə, 5 heç-heçə və 10 məğlubiyyət qeydə alınıb.

Eyni zamanda, jurnalist Fabritsio Romano “X” sosial şəbəkə hesabında italyan mütəxəssis Massimiliano Alleqrinin “Milan”ın baş məşqçisi təyin edildiyini yazıb.

Qeyd edək ki, Alleqri 2010-2014-cü illərdə “Milan”ın baş məşqçisi olub.