Uşaqlar arasında təhlükəli virus yayılıb – VİDEO

Son zamanlar uşaqlar arasında virus infeksiyalarına yoluxma halları artıb.

Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, infeksionistlərin sözlərinə görə, beş yaşınadək uşaqlar arasında rota virusun yayılması müşahidə olunur.

Qeyd olunub ki, bu uşaqların yoluxduğu ən yayılmış mədə-bağırsaq infeksiyalarından biridir.

Virusun təhlükəli olmasına səbəb isə bəzi hallarda ölümlə nəticələnə bilməsidir.

Ətraflı süjetdə: