Bakıda kütləvi qanvermə aksiyası təşkil ediləcək – FOTO

Milli Olimpiya Komitəsinin (MOK) dəstəyi, Səhiyyə Nazirliyi Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Olimpiya Komitəsində 14 İyun – Beynəlxalq Qan Donorluğu Gününə həsr olunmuş kütləvi qanvermə aksiyası təşkil olunacaq.

Qanvermə aksiyası 12 iyun saat 10:00-dan 16:00-dək MOK-un inzibati binasında keçiriləcək.

MOK hər kəsi “Həmrəy olaq, qanımızla yaşadaq” adlı qanvermə aksiyasında fəal iştirak etməyə dəvət edir.