Əməkdar artist Zöhrab Axundov vəfat etdi

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti vəfat edib.

Zöhrab Kəndli oğlu Axundov dünyasını dəyişib.

Qeyd edək ki, ustad tarzən və pedaqoq Z.Axundov Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivində fəal iştirak edib.