İki azyaşlı Ermənistan sakini azaraq Azərbaycan ərazisinə keçib

Ermənistanın Zəngəzur (Sünik) rayonunun Dığ kəndinin iki azyaşlı sakini azaraq Azərbaycan ərazisinə keçib.

Bu barədə Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Karen Armenoviç Cangiryan (27 iyun 2007-ci il təvəllüdlü) və Andrey Armenoviç Qyaqunts (13 yanvar 2008-ci il təvəllüdlü) adlı şəxslər Ərəvus kəndi yaxınlığında azaraq Azərbaycan ərazisinə düşüblər.

Bildirilir ki, onlar Azərbaycan ərazisinə keçmiş ola biləcək mal-qaranı qovurmuşlar.