“VAZ 2106” ilə “Mercedes” toqquşub – Xəsarət alan var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərkətədə olan “VAZ 2106” ilə “Mercedes” markalı minik maşınları toqquşub.

Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.