ADY bayram günlərində əlavə reyslər təyin edib – AÇIQLAMA

“Azərbaycan Dəmir Yolları” Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Qeyd olunub ki, iyunun 5-də Bakı-Balakən qatarına tələbata uyğun olaraq əlavə 8 vaqon qoşulub. Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla (530 sərnişin) yola düşüb.

Həftəiçi Bakı-Balakən-Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.

Artan sərnişin tələbatı nəzərə alınaraq, 6-9 iyun tarixlərində Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.