Qaxda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Qaxda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Median.Az xəbər verir ki, rayon sakini, 1951-ci il təvəllüdlü İsmət Bayram oğlu Mustafayev bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə iyunun 1-də Qax şəhərinin mərkəzində baş verib.

Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, ona kəllə-beyin travması diaqnozu qoyulmuşdu.//azxeber.com