İsraildə nazirlərə “WhatsApp”dan istifadə qadağan olundu

İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) ölkə nazirlərinə ictimai yerlərdə görünməyi və “WhatsApp” tətbiqindən istifadəni qadağan edib.

Median.Az-ın RT-yə istinadla verdiyi məlumata görə, bu barədə yerli jurnalist Süleyman Əhməd məlumat verib.

Qadağanın səbəbi kimi təhlükəsizlik riskləri və mümkün hücum təhlükəsi göstərilir.

Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri öldürülüblər.