Türkiyə İran, İraq, Suriya və İordaniyaya uçuşları təxirə salıb

Türkiyə bir sıra ölkələrə uçuşları müvəqqəti olaraq dayandırıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, iyunun 16-dək İran, İraq, Suriya və İordaniyaya uçuşlar təxirə salınıb.

Uçuşların təxirə salınmasına səbəb olaraq İsrailin İrana qarşı hava hücumları nəticəsində bölgədə təhlükəsizlik risklərinin artması göstərilir.