Rusiya daha 1200 ukraynalı hərbçinin meyitini Kiyevə təhvil verdi

Ukrayna İstanbul razılaşmaları çərçivəsində daha 1 200 həlak olmuş döyüşçünün cəsədini alıb.

Bu barədə Ukraynanın Hərbi Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahı “Facebook”da məlumat yayıb.

“Yaxın vaxtlarda hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə bütün zəruri ekspertizaları həyata keçirəcək və repatriasiya edilmiş cəsədlərin identifikasiyasını aparacaqlar”, – deyə qeyd olunub.

Xatırladaq ki, Rusiya dünən də 1 200 ukraynalının cəsədini geri qaytarıb.