İsrailin İranın dövlət televiziyasına endirdiyi zərbə nəticəsində ölənlərin sayı artdı

İranın dövlət televiziya və radio şirkəti (IRIB) əməkdaşlarının ölənlərin sayı üç nəfərə çatıb.

Bu barədə “Fars” agentliyi məlumat yayıb.

* * * * *

İranın dövlət televiziya və radio şirkəti (IRIB) əməkdaşlarının ölənlərin sayı iki nəfərə çatıb.

Bu barədə “Nour News” məlumat yayıb.

“Xəbər redaktoru Nima Rəcəbpur və IRIB katibliyinin əməkdaşı Məsumə Əzimi öldürülüb”, – nəşr yazıb.

Qeyd edək ki, iyunun 16-da İsrail ordusu İranın IRIB yayım korporasiyasının ofisinə zərbə endirib, hücum canlı yayım zamanı həyata keçirilib. İran kanalının aparıcısı çıxışını yarımçıq kəsib və studiyada işıqlar sönüb.