Xalil Rauntri: “Ən yaxşı UFC fanatları bəlkə də Bakıdadır”

“Azərbaycanda hər şey yüksək səviyyədədir. Mən deyərdim ki, ən yaxşı UFC fanatları bəlkə də Bakıdadır”.

Bunu iyunun 21-də Bakıda keçiriləcək “UFC Fight Night”in əsas döyüşündə iştirak edəcək Xalil Rauntri mətbuat konfransında deyib.

Məşhur UFC döyüşçüsü bildirib ki, döyüşə iki həftə qalmış Bakıya gəlib, gördükləri onu çox təəccübləndirib:

“Mənim ən yaxşı döyüşümü Bakıda görəcəksiniz. Mən hazırda bu döyüşü düşünürəm. Bu döyüşdə qələbə məni titula namizəd edəcək. Ona görə də sadəcə bu döyüşə fokuslanmışam”.

Qeyd edək ki, iyunun 21-də ilk dəfə Bakıda təşkil olunacaq “UFC Fight Night”da gecənin əsas qarşılaşması yarımağır çəki çempionu Camal Hill ilə Xalil Rauntri arasında keçiriləcək.
//oxu.az