14 ildən sonra ilk dəfə: Suriya beynəlxalq bank köçürməsini həyata keçirdi

Suriya 14 il davam edən vətəndaş müharibəsindən sonra ilk dəfə beynəlxalq bank köçürməsini həyata keçirib.

Median.Az-ın “Reuters”ə istinadla verdiyi məlumata görə, bu barədə Suriya Mərkəzi Bankının rəhbəri Əbdülqadir Xusriye bildirib.

Onun sözlərinə görə, SWIFT sistemi vasitəsilə Suriya bankından İtaliyaya birbaşa kommersiya ödənişi göndərilib.