Cəbrayılda insana məxsus olması ehtimal edilən skelet qalıqları tapılıb

Cəbrayıl rayonunda qazıntı işləri aparılarkən insana məxsus olması ehtimal edilən skelet qalıqları tapılıb.

Median.Az APA-ya istinadən xəbər verir ki, insan skeletinə oxşar sümük fraqmentləri rayonun Dərzili kəndi ərazisində aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.