Ermənistanda arxiyepiskop Baqrat Qalstanyan saxlanıldı

Təhlükəsizlik qüvvələri Ermənistanın “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri, terror aktları hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunan arxiyepiskop Baqrat Qalstanyanı saxlayıb.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunur ki, din xadimi iqamətgahından çıxarılıb və avtomobilə mindirilərək naməlum istiqamətdə aparılıb.

“Sakit olun, hər şey yaxşı olacaq”, – deyə Qalstanyan ona yaxınlaşmaq istəyən yoldaşlarına səslənib.