“Azərbaycanfilm” kinostudiyasında partlayış olan anbardan daha bir görüntü – VİDEO

Bakının Yasamal rayonunda, güclü partlayış və yanğın baş vermiş C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının pirotexnika anbarından yeni görüntülər var.

Oxu.az-ın təqdim etdiyi eksklüziv videoda anbarda partlamamış xeyli sayda patron görünür.

Hadisə yerində olan mütəxəssislər bildiriblər ki, patronların başlıqları yoxdur, içi də boşdur (barıtsızdır), həmçinin anbarda tüstü şaşkaları da saxlanılıb.