Filippin sahillərində güclü zəlzələ olub

Filippin sahillərində 6.1 maqnitudalı zəlzələ baş verib.

Median.Az bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər verir.

Yeraltı təkanların episentri General-Santos şəhərindən 138 kilometr aralıda yerləşib.

Zəlzələnin ocağı 102 kilometr dərinlikdə olub. Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.