Ermənistan Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edilib

Andranik Simonyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib.

Median.Az Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan qərar imzalayıb.

Xatırladaq ki, Simonyan iyunun 18-də Paşinyan tərəfindən vəzifəsindən azad edilmiş Armen Abazyanın yerinə təyin edilib.