Ermənistan ŞƏT-ə üzv olmaq niyyətini açıqladı

Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olmaq niyyətini açıqlayıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi “Telegram” kanalında paylaşım edib.

“Şanxay Əməkdaşlıq Təşkilatının əsas prinsiplərini – ərazi bütövlüyü, gücdən istifadə etməmə və sərhədlərin toxunulmazlığı – bölüşərək, Ermənistan Respublikası ŞƏT-in üzvü olmaq istədiyini ifadə edir”, – deyə məlumatda bildirilib.