Rusiya Turizm İttifaqı: Azərbaycana turist axınında azalma yoxdur, qonaqlara münasibət müsbətdir

Turoperatorlar Rusiyadan Azərbaycana tur rezervasiyalarında kəskin azalma qeydə almırlar, ləğvetmələr tək-tükdür.

Bu barədə Rusiya Turizm Sənayesi İttifaqının prezidenti İlya Umanski bildirib.

“Ötən gün KİV-lər Azərbaycana tur rezervasiyalarının kəskin azalması (30-40 %) haqqında kütləvi şəkildə xəbərlər yayırdılar. Biz Rusiya Turizm Sənayesi İttifaqında bu məlumatı yoxladıq. Turoperatorların məlumatlarına görə bu təsdiqlənmir. Rezervasiyalarda azalma yoxdur. Ləğvetmələr – tək-tükdür, norma çərçivəsindədir”, – İ.Umanski sosial şəbəkələrdə yazıb.

Onun sözlərinə görə, Azərbaycanda turistlərə münasibət xoş olaraq qalır.
//report