“Liverpul” 20 nömrəni əbədiləşdirəcək

İngiltərənin “Liverpul” komandası yol-nəqliyyat hadisəsi zamanı ölən Dioqu Jotanın çıxış etdiyi 20 nömrəli formanı dövriyyədən çıxarır.

Median.Az bu barədə klubun rəsmi saytına istinadla xəbər verir.

Komandanın bəyanatında bildirilir ki, Jotanın 2024/2025 mövsümündə “Liverpul”un çempion olmasında xidmətlərinə görə, 20 nömrə haqlı olaraq əbədiləşdiriləcək:

“Onun zərbəsi Mersisayd derbisində qələbəni təmin etdi. Bu qol onun həyatında son qol oldu”.

Jota həyatının son qolunu İngiltərə çempionatının 30-cu turunda “Liverpul”un 1:0 hesabı ilə qalib gəldiyi “Everton”la matçda vurub.

Xatırladaq ki, iyulun 3-də 28 yaşlı hücumçu qardaşı ilə birlikdə İspaniyada yol-nəqliyyat hadisəsində həyatını itirib.