Polşa Rusiyaya nota verdi

Polşa Xarici İşlər Nazirliyi (XİN) hava hücumu zamanı ölkənin Kiyevdəki səfirliyinə zərər dəydiyi üçün Rusiyanın Varşavadakı səfirliyinə nota təqdim edib.

Bu barədə Polşa XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Nazirlik qeyd edib ki, zərbə beynəlxalq hüquqa, xüsusən də Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına ziddir.

Qeyd edək ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya ordusunun Ukrayna paytaxtına endirdiyi zərbələr nəticəsində Polşanın Kiyevdəki səfirliyinin konsulluq şöbəsinin binasının zədələndiyini bildirmişdi.